ABŞ Prezidenti Donald Tramp İranın nüvə ambisiyaları ilə bağlı Tehrana xəbərdarlıq edib.
EDnews xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.
ABŞ Prezidenti Vaşinqtonla Tehran arasında yeni elan edilən razılaşmaya toxunaraq bildirib ki, sənəddə İranın nüvə silahına sahib olmasına icazə verilmədiyi açıq şəkildə qeyd olunub.
“Mənim üçün ən vacib olan tək şey odur ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır və bu, açıq şəkildə yazılıb”, - deyə Tramp bildirib.
O vurğulayıb ki, İranın nüvə silahı əldə etməyə hər hansı cəhdi ciddi nəticələrə səbəb olacaq.
“Əgər İran İslam Respublikası nüvə silahı əldə etməyə çalışsa, dünyanı başlarına yıxacayıq”. - ABŞ Prezidenti qeyd edib.







