Ednews CNN-Türk-ə istinadən xəbər verir ki,Rəsmi Pxenyan Şimali Koreya silahlı qüvvələrinin hücumu nəticəsində Cənubi Koreya ilə aralarındakı quru yol və dəmiryolu əlaqəsinin tamamilə kəsildiyini açıqlayıb. KXDR Mərkəzi İnformasiya Agentliyinin məlumatına görə ölkənin konstitusiyasına da mühüm dəyişiklik edilib. Bu dəyişikliyə əsasən Cənubi Koreya Respublikası ilk dəfə rəsmi olaraq “düşmən dövlət” elan olunub.
Rəsmi Pxenyan bu addımını “düşmənin siyasi və hərbi provokasiyalarının yaratdığı çətin təhlükəsizlik şəraiti” ilə əlaqələndirib və sərhədləri davamlı olaraq gücləndirəcəyini elan edib.