Şəmkir rayonunda bir yaşlı körpə qızdırmadan ölüb.
EDnews xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.
Bədən hərarəti qalxan 2025-ci il təvəllüdlü oğlanı valideynləri ev şəraitində müalicə etmək istəyiblər. Bundan sonra körpənin qızdırması yüksəlib.
O, valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
.jpg)





