“Arzum 999” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
EDnews Unikal.az-a istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı Nərmin Tahirzadə ittiham nitqi ilə çıxış edərək məhkəmədən İlduzə Hacıyevanın 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror həmçinin təqsirləndirilən şəxsin məhkəmə zalından həbs olunmasını təklif edib.
Məlumata görə, proses tərəflərin çıxışları ilə davam etdirilir.
Qeyd edək ki, İlduzə Hacıyeva yol qəzasında bir nəfərin ölümü və daha bir nəfərin xəsarət alması ilə nəticələnən hadisədə təqsirləndirilir.







