ABŞ Prezidenti Donald Trump Livanda atəşkəsin qüvvədə qalacağına əmin olduğunu bildirib.
EDnews xəbər verir ki, Donald Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Jurnalistlərin İsrailin Livandakı əməliyyatlarını davam etdirməsi halında ABŞ-İran razılaşmalarında nəzərdə tutulan atəşkəsin davam edib-etməyəcəyi ilə bağlı sualını cavablandıran Tramp nikbin mövqe sərgiləyib.
"Baxın, onlar uzun illərdir, onilliklərdir bir-biri ilə mübarizə aparırlar və görəcəyik. Amma hər şey yoluna düşəcək", - deyə ABŞ lideri bildirib.
Bununla belə, Donald Tramp Livanda atəşkəsin davam edəcəyinə nə üçün bu qədər əmin olduğunu açıqlamayıb.






