Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, minik avtomobili ilə moped toqquşub. Qəza nəticəsində 2004-cü il təvəllüdlü moped sürücüsü A. İsmayılov hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.






