Transxəzər Fiber-Optik Kabel Xəttinin tikintisi üçün nəzərdə tutulan sualtı kabel ASCO-nun "Azərbaycan" gəmi-bərəsi ilə Bakıya çatdırılıb.
EDnews xəbər verir ki, Avropa ilə Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber-Optik Kabel Xətti (FOCL) üzrə növbəti mərhələ icra olunub.
Belə ki, layihə çərçivəsində istifadə olunacaq sualtı kabel "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Azərbaycan" gəmi-bərəsi vasitəsilə Qazaxıstanın Kurık limanından Bakı limanına çatdırılıb.
Qeyd edək ki, Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi Avropa ilə Asiya arasında yüksəksürətli və etibarlı məlumat ötürülməsini təmin etməklə regionun rəqəmsal bağlantısının gücləndirilməsinə xidmət edir. Layihə həmçinin Azərbaycanın beynəlxalq rəqəmsal tranzit mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq.










