Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO

Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - <span class="text-danger">FOTO</span>

İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

EDnews xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə müdafiə çıxışını davam etdirmək üçün söz təqsirləndirilən Levon Mnatsakanyana verilib. O, bir həftə əvvəl keçirilmiş məhkəmə iclasında başladığı müdafiə çıxışını davam etdirərək fikirlərini səsləndirib. L.Mnatsakanyan ittiham tərəfinin təqdim etdiyi videomaterialın və istinad etdiyi faktların məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edib. O, özünə qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.

Daha sonra təqsirləndirilən Erik Qazaryanın hüquqlarını qoruyan vəkili çıxış edib. Vəkil müdafiə etdiyi şəxsin apellyasiya şikayəti verdiyini və həmin şikayəti dəstəklədiyini bildirib. Ardınca çıxış edən Erik Qazaryan özünü təqsirli hesab etmədiyini qeyd edib və müdafiəçisinin səsləndirdiyi mövqeyi təsdiqləyib.

Sonra təqsirləndirilən Qarik Martirosyanın vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamların yüngülləşdirilməsi zəruridir.

Onun digər müdafiəçisi də çıxışında təqsirləndirilən Q.Martirosyanın cəzasının yüngülləşdirilməsini və bəzi maddələrin ittihamdan xaric olunmasını xahiş edib.

Sonra təqsirləndirilən Qarik Martirosyan çıxış edib. O, özünü təqsirli bilmədiyini bildirib.

Təqsirləndirilən Levon Balayanın vəkili hüquqlarını qoruduğu şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Levon Balayan müdafiəçisinin çıxışı ilə razılaşdığını deyib.

Təqsirləndirilən Qurgen Stepanyanın hüquqlarını müdafiə edən vəkili onun barəsində olan ittiham hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Qurgen Stepanyan müdafiəçisinin çıxışı ilə razılaşdığını bildirərək özünü təqsirli bilmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər xətti

Oman Sultanlığı Şura Məclisinin sədri Azərbaycanda səfərdədir
21:07
Ermənistan-Azərbaycan-Türkiyə ilə sərhəd nə zaman açılacaq? - AÇIQLANDI
20:37
Günlərdir itkin düşən yeniyetmələr burada TAPILIB
20:17
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
19:57
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
19:32
İranda üç günlük tətil qərarı
19:22
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
19:12
Hörmüz boğazı ilə bağlı yeni iqtisadi razılaşma
19:00
Hörmüz boğazında gəmi hərəkəti 20%-dən çox artıb
18:50
Türkiyədə silah utilizasiya müəssisəsində partlayış
18:45
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi - YENİLƏNDİ
18:41
“Space” TV-də kadr təyinatı olub
18:40
“Real Madrid” “La Liqa” ilə hüquqi mübarizədə qalib gəlib
18:31
Portuqaliyalı futbolçu Azərbaycan klubuna keçib
18:15
Kostanyan: "2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik"
18:06
Müdafiə sənayesi sərgisi - ADEX 2026-nın tarixi bəlli olub
17:59
Qanalı cadugər futbolçu Keyni “lənətlədiyini” deyib
17:55
Qəbiristanlıqlardan insan qalıqları oğurlayan şəxs tutuldu / VİDEO
17:43
Transxəzər Fiber-Optik Kabel Xətti üçün sualtı kabel Bakıya gətirilib
17:33
Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM - SİYAHI
17:27
Moskva NATO və Aİ-ni Rusiyaya qarşı hərbi hazırlıqda ittiham edib
17:27
Ukrayna Krımda hücuma keçdi
17:16
İlham Əliyev Şuşada uşaqlarla görüşdən paylaşım edib - VİDEO
17:01
Pezeşkian Pakistana səfər etdi
17:00
Şoyqu: "BRICS ölkələrinin təhlükəsizliyi təhdid altındadır"
16:57
Türkiyə və Ermənistanın nəqliyyat nazirləri görüşüb
16:49
Qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
16:42
Bütün sosial yardımlar bu tarixdə ödəniləcək
16:38
Aİ rəhbəri yenidən Ermənistana gedir
16:35
Lavrov Zelenskinin açıqlamalarına cavab verib
16:30
Ryabkov: "ABŞ-nin Ukrayna məsələsinə yönəldiyini görmürük"
16:26
Mağazalardan oğurluq edən şəxsləri POLİS SAXLADI
16:19
Tramp İranın nüvə yoxlamaları ilə bağlı razılığa gəldiyini açıqlayıb
16:14
Paytaxtda moped oğurlayan şəxslər saxlanılıblar
16:11
Putin: "Zelenskinin məktubu danışıqlar üçün zəmin yaratmır"
16:10
Ekvador Prezidentinin ailəsi ilə bağlı araşdırma aparırdı, ölü tapıldı
15:59
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
15:55
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər
15:48
Sahibə Qafarova Niger Məsləhət Şurasının sədri ilə görüşüb
15:42
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
15:38
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub
15:29
ABŞ ordusunun milyardlıq silah proqramları iflasa uğradı
15:21
Bakıda beş ayda motosiklet və moped qəzalarında ÖLƏNLƏRİN SİYAHISI
15:15
Prezidentlər Şuşada Bülbülün irsi ilə tanış olublar
15:06
Qətər Şura Məclisinin sədri Azərbaycana səfərə gəlib
14:54
Sabah Bakıda və rayonlarda yağış yağacaq
14:40
İmişlidə ticarət obyektlərində yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDİ
14:34
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış oldular - FOTOLAR
14:23
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alınır
14:15
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:06
Dövlət başçıları Şuşa məscidində görülən işlərlə tanış olublar - FOTOLAR
13:39
Mərdəkanda boğulan gəncləri dənizin dibinə KİM ÇƏKİB? - ŞOK İDDİA YAYILDI
13:38
ABŞ Konqresində ilk dəfə Bakı Təşəbbüs Qrupunun tədbiri təşkil olunacaq
13:28
Prezidentin uşaqlarla səmimi görüşü - VİDEO
13:21
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni müavin təyin edilib
13:16
Prezidentlər Şuşada birinci yaşayış kompleksində olublar
13:08
Prezidentlərin Şuşada gəzintisindən VİDEO
13:05
Qumar oyunlarına görə cəzalar sərtləşdirilir
13:04
Litva hökuməti istefa verib
13:00
Vəzifəli şəxslər CƏRİMƏLƏNƏ BİLƏR
12:57
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR