Macarıstan Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük danışıqlarının növbəti mərhələsinə keçidini əngəlləyib.
EDnews xəbər verir ki, Budapeşt Aİ-nin ümumi mövqeyini əks etdirən sənədin qəbulunu bloklayıb.
Məlumata görə, Macarıstanın etirazı səbəbindən Ukrayna və Moldova ilə üzvlük danışıqlarının növbəti mərhələsinə keçid baş tutmayıb.
Bildirilib ki, məsələ Avropa İttifaqına üzv dövlətlər arasında əlavə müzakirələrin aparılması məqsədilə təxirə salınıb və gələn həftə yenidən gündəmə gətiriləcək.
Qeyd edək ki, Ukrayna və Moldova Aİ-yə üzvlük istiqamətində danışıqları davam etdirir və bu proses üzv ölkələrin yekdil razılığını tələb edir.






