“Zirə” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
EDnews xəbər verir ki, Bakı təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Da Silva Tavareş Vieria (Vierinya) ilə 2 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın “Feyrense”, “Sanxoanense”, “Salqeyruş”, “Qondomar”, “Akademiko Viseu”, “Espinyo”, “San Jo de Ver”, “Beyra Mar” klublarında, həmçinin Kiprin “Olimpiakos” (Nikosiya) klubunda çıxış edib.
Qeyd edək ki, “Zirə” yeni transferlə orta xəttini gücləndirməyi hədəfləyir.







