ABŞ Daxili Təhlükəsizlik Nazirliyi futbol üzrə dünya çempionatında iştirak edən İran millisinin növbəti oyunu öncəsi ölkəyə giriş məhdudiyyətlərini yumşaldacaq.
EDnews xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, İran millisinin iyunun 26-da Sietl şəhərində keçirəcəyi son qrup oyunu ərəfəsində səyahət məhdudiyyətləri müvəqqəti olaraq yüngülləşdiriləcək.
Bildirilib ki, İran yığmasına cümə günü Misirlə keçiriləcək oyundan iki gün əvvəl Sietlə səfər etməyə icazə veriləcək. Beləliklə, komanda əvvəlki iki qarşılaşma ilə müqayisədə ABŞ-də əlavə bir gün keçirə biləcək.
Qeyd edək ki, ABŞ və İran arasında mövcud siyasi gərginliyə baxmayaraq, turnirin təşkili çərçivəsində idman nümayəndə heyətləri üçün müəyyən istisnaların tətbiq olunduğu bildirilir.







