Türkiyədə silah-sursat anbarı və utilizasiya müəssisəsində partlayış baş verib.
EDnews xəbər verir ki, hadisə Kırıkkale vilayətinin Yahşihan qəsəbəsində qeydə alınıb.
Məlumata görə, partlayış nəticəsində 2 nəfər həyatını itirib.
Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb və araşdırma aparılır.
Partlayışın səbəbləri hələlik məlum deyil. Faktla bağlı istintaq başladılıb.






