Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – ADEX 2026-nın keçiriləcəyi tarix açıqlanıb.
EDnews xəbər verir ki, sərgi 2026-cı il sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq.
Məlumata görə, ADEX 2026 müdafiə sənayesi sahəsində yerli və xarici şirkətləri bir araya gətirən mühüm beynəlxalq platforma kimi çıxış edəcək.
Sərgi çərçivəsində müasir silah sistemləri, müdafiə texnologiyaları və hərbi sənaye yeniliklərinin nümayişi, həmçinin müxtəlif ölkələrin nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ADEX sərgisi regionun ən iri müdafiə sənayesi tədbirlərindən biri hesab olunur.







