Tehranda İranın ali rəhbəri Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcəyi bildirilib.
EDnews xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, qərar mərasimlə bağlı tədbirlərin təşkili və ictimai iştirakın təmin olunması məqsədilə qəbul edilib. Tətil müddətində dövlət qurumlarının fəaliyyətində məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.
Rəsmi açıqlamalarda tətilin detalları və tətbiq olunacaq qaydalarla bağlı əlavə məlumatın mərasimə yaxın günlərdə veriləcəyi qeyd olunub.







