“Qadınların seçkidəki aktivliyi bizi təəccübləndirdi”
Ednews xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının əməkdaşı Osama Mahmud Abdelfəttah Mohamed növbədənkənar Prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
“Biz seçkidəki aktivliyi müşahidə etdik. Xüsusilə qadınların səsvermədəki aktivliyi bizi təəccübləndirdi. Xüsusilə, seçkiyə gələn 89 yaşlı seçici bizi çox heyrətləndirdi. Demokratik və şəffaf keçirilən seçkiyə görə Azərbaycan xalqını təbrik edirəm” - deyə, o, bildirib.