Azərbaycan və Monteneqro ombudsman təsisatları arasında anlaşma memorandumu imzalanıb.
EDnews xəbər verir ki, sənəd “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində imzalanıb.
Memorandumu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili — Ombudsman Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi Sinişa Byekoviç imzalayıblar.
Sənəd iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Memorandum, həmçinin birgə praktiki və araşdırma işlərinin aparılması, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədi daşıyır.









