Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.
Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü Alıyev İsgəndər Baxış oğlu "VAZ-2106" markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.
Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.