Sumqayıt şəhərində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Ednews-a verilən məlumata görə, dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik açarı, 10 p.m. elektrik kabeli, 2 ədəd su sayğacı və 6 p.m. plasmas su borusu yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.