Avqustun 7-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın bir qrup üzvləri regiona səfər ediblər.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, İctimai Şuranın sədri, Umud Mirzəyev, üzvləri Nadir Cəfərov, Rey Kərimoğlu Tərtər rayonunda olublar. Onlar mina qurbanları ilə də görüşüblər.
Görüşdə İctimai Şuranın fəaliyyəti, görüləcək işlər istiqamətində, o cümlədən mina təhlükəsizliyi və onun yaratdığı problemlər, mina təmizləmə əməliyyatı ilə bağlı müzakirələr aparılıb. İctimai şuranın katibi Hafiz Səfixanov və Şuranın üzvü Hafiz Əzimzadə isə görüşə onlayn olaraq qatılıblar.
Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri fəaliyyət planına uyğun olaraq Bakıda və regionda görüşlər keçirirlər.