Misir Turizm İdarəsinin baş direktoru Amr Elkady 2023-cü ildə Türkiyədən 150 min turistin ölkələrinə səfər edəcəyini, bu il isə 250 min türkiyəli ziyarətçi gözlədiklərini bildirib.
Ednews m.haber.7-ə istinadən xəbər verir ki, İstanbulda keçirilən 27-ci Şərqi Aralıq dənizi Beynəlxalq Turizm və Səyahət Sərgisi EMITT 2024 Türkiyədən və bir çox ölkədən gələn ziyarətçilərin böyük marağı ilə davam edir.
Misirin qonaqpərvər ölkə olduğuna toxunan Elkadi, "Misir ümumiyyətlə qonaqpərvər bir ölkədir. Ölkəmizdə ən məşhur içki türk qəhvəsidir. Türk qardaşlarımızı ölkəmizə salamlayırıq. Gəlsinlər birlikdə türk qəhvəsi içsinlər" dedi.
Xəyal Ramiz