Hökumət keçən həftə Qəzzada münaqişəni dayandırmaq və İsrailə təzyiqi artırmaq üçün tədbirlərin bir hissəsi olaraq İspaniya, İrlandiya və Norveçin addımlarını ardınca Fələstini müstəqil və suveren dövlət kimi tanımaq qərarına gəlib.
Ednews Reuters.com -a istinadən xəbər verir ki,Keçmiş baş nazir Janez Yanşanın sağçı Sloveniya Demokratik Partiyası (SDS) daha sonra səsverməni ən azı bir ay gecikdirəcək tanınma təklifi ilə bağlı məsləhətçi referendum təklifi təqdim edib.
Qərar 52 səslə təsdiqlənib və müxalifətdə olan SDS partiyasının iclası tərk etməsindən sonra onun əleyhinə çıxan olmayıb.
Aİ-nin 27 üzvündən İsveç, Kipr, Macarıstan, Çexiya, Polşa, Slovakiya, Rumıniya və Bolqarıstan artıq Fələstin dövlətini tanıyıb. Malta tezliklə tanıyacağını söyləyib.
Nərgiz