Bakı Enerji Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Bakı Enerji Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

“Qlobal iqtisadiyyatda geosiyasi gərginliklərin, ticarət müharibələrinin və maliyyə risklərinin davam etdiyi bir şəraitdə, Bakı Enerji Forumu çərçivəsində aparılan müzakirələr Azərbaycanın investisiya mühiti ilə bağlı dünyaya müsbət siqnalların verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

İqtisadçı Akif Nəsirli bunu  EDnews-a danışarkən bildirib.ff-(1).jpg

O qeyd edib ki, bu platforma təkcə enerji sahəsində əməkdaşlıq deyil, həm də ölkənin strateji inkişaf istiqamətlərini beynəlxalq investorlara təqdim etmək üçün böyük imkandır: 
"Əməkdaşlıqların real investisiyalara çevrilməsi ilk növbədə tərəflərin uzunmüddətli maraqlarının nə dərəcədə üst-üstə düşməsindən asılıdır. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi formalaşmış nüfuzu, beynəlxalq öhdəliklərə sadiqliyi və mühüm nəqliyyat-kommunikasiya marşrutlarının üzərində yerləşməsi investisiya qərarlarına müsbət təsir göstərən amillər sırasındadır. Xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti Azərbaycanın enerji layihələrinə marağı artırır və forumda əldə olunan təmasların konkret layihələrə çevrilməsi ehtimalını yüksəldir”.

İqtisadçının fikrincə, hazırda investorlar üçün ən cəlbedici istiqamətlərdən biri bərpaolunan enerji sektorudur. Günəş və külək enerjisi üzrə mövcud potensial, yaşıl enerji keçidinə dair dövlət strategiyası investisiya marağını artırır:
"Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi də yeni investisiya imkanları yaradır. Bu ərazilərdə enerji istehsalı, enerji saxlama sistemləri və müasir infrastruktur layihələri investorların diqqət mərkəzindədir. Bununla yanaşı, neft-qaz sektoru hələ də öz cəlbediciliyini qoruyur. Enerji bazarında keçid dövrünün yaşanmasına baxmayaraq, təbii qazın yaxın onilliklərdə qlobal enerji balansında mühüm yer tutacağı gözlənilir. Həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Orta Dəhliz üzrə artan yükdaşımalar logistika, limanlar və rəqəmsal logistika həlləri sahəsinə də marağı artırır", - deyə o vurğulayıb.

Akif Nəsirli əlavə edib ki, rəqəmsal iqtisadiyyat, informasiya texnologiyaları, süni intellekt tətbiqləri və data mərkəzlərinin yaradılması kimi sahələr də investorların diqqətini cəlb edən istiqamətlər sırasındadır:
“Ümumilikdə, Bakı Enerji Forumunda əldə olunan razılaşmaların əhəmiyyətli hissəsi real investisiya layihələrinə çevrilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Xüsusilə yaşıl enerji, təbii qaz, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar sahələri yaxın illərdə ən cəlbedici istiqamətlər olaraq qalacaq. Bu isə Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyinin daha da güclənməsinə töhfə verə bilər”.

Qeyd edək ki, Bakı Enerji Forumu hər il regional və qlobal miqyasda aparıcı enerji şirkətlərini, dövlət rəsmilərini və investorları bir araya gətirən, Xəzər regionunun enerji xəritəsini və gələcək əməkdaşlıq perspektivlərini müəyyən edən mühüm beynəlxalq platformadır.


Amin Həsənli | Ednews

Xəbər xətti

BP-Azərbaycan “Şahdəniz” yatağında illik hasilatı açıqladı
17:38
Ölkə üzrə 300 mindən çox şagird monitorinqə cəlb olunacaq
17:29
Broyler toyuqları ölümə səbəb olur? - AÇIQLANDI
17:21
TƏCİLİ! Keşlədəki yanğınla bağlı SON DƏQİQƏ MƏLUMATI
17:15
Azərbaycan Ermənistana yanacaq tədarükünü davam etdirir
17:08
Leyla Əliyeva və Arzu Əliyeva Uşaqlar Günündə internat məktəbində olublar
16:50
Bakının mərkəzində YARIM MİLYON MANATA 1 SOT TORPAQ
16:40
Dünyanın diqqəti Ankarada: NATO Sammitindən gözləntilər - ŞƏRH
16:30
Bakı Enerji Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
16:15
Müctəba Xameneidən xalqa çağırış: “Birlik və həmrəylik qorunmalıdır”
16:00
Hörmüzdə düyün nöqtəsi: BOĞAZ AÇILIR?
15:53
Abituriyentlər bu il xarici, yoxsa yerli universitetləri seçəcəklər? – ARAŞDIRMA
15:43
Xameneinin dəfn mərasimi ilə bağlı yayılan məlumatlar təkzib edilib
15:24
ABŞ-nin neft ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb
15:10
Trampın İran qərarı: “Amerika əsgərləri ölməsə, müharibə...”
14:50
ABŞ-dən Çinlə bağlı ciddi xəbərdarlıq
14:35
Avropa ölkələri Aİ-yə rusiya ilə bağlı çağırış etdi
14:25
Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya qədər düşüb
14:10
Bakı-Ağstafa-Bakı marşrutu üzrə yayda əlavə reyslər təşkil olunacaq
14:00
Yeni salınan yollar tıxac problemini necə həll edir?
13:50
Ermənistanda seçkilər: QALİB KİM OLACAQ?
13:45
Ən əsəbi qadınlar bu ölkədə yaşayır
13:36
Autizmli şəxslər niyə iş tapa bilmirlər?
13:26
Ən yaşlı Azərbaycanlı vəfat edib - FOTO
13:05
Qaz, bazarlar və miqrantlar: Ermənistanın Aİİ-dən uzaqlaşması nələrə səbəb olacaq?
12:50
İranda qızların siqaret aludəçiliyi sürətlə artır
12:45
Ət bazarında dəyişiklik olacaq - Nazir müavini
12:25
“İki masada əyləşmək olmaz!”: Paşinyana Moskvadan seçki mesajı
12:09
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını dəyişir - Umud Mirzəyev
11:52
Somalidə hökumət qüvvələri ilə müxalifət arasında atışma olub
11:33
ABŞ–İran gərginliyi neft qiymətlərinə necə təsir edəcək?
11:21
Simonyan və Paşinyan niyə BAKIYA GƏLMƏK İSTƏYİR?
11:09
Dövlət informasiya resurslarına kiberhücumların qarşısı alınıb
11:00
Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı 37,8 faiz böyüyüb
10:50
Razi Nurullayev: “Elə məsələlər var ki, deputat onu həll edə bilmir” - MÜSAHİBƏ - VİDEO
10:34
Bakıda yeni körpü tikilir
10:21
Əlilliyi olan şəxslər üçün YENİ QAYDALAR TƏSDİQLƏNİB
10:14
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
09:58
Livan və İsrail atəşkəs barədə razılığa gəldilər
09:46
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
09:38
Rubio: ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməyəcək
09:30
Kamçatkada ardıcıl zəlzələ baş verib
09:15
ABŞ və İran RAZILAŞDI
08:07
ABŞ 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edəcək
07:15
Aİ-nin Ukrayna və Moldova ilə bağlı RAZILIĞI
06:30
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri vəfat edib.
05:30
Magyar: Ukrayna Zakarpatiyadakı macar azlığın hüquqlarını bərpa etməyə razılaşıb
05:15
Rubiodan Qrenlandiya ilə bağlı rezonans doğuracaq AÇIQLAMA: "ABŞ Qrenlandiya üzərində suverenlik əldə etmək ideyasından əl çəkmir"
04:45
“Real Madrid” yeni ev formasını təqdim edib
04:00
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
03:31
XİN başçısı: İranla ABŞ arasında rəsmi danışıqlar prosesi yoxdur
03:00
"Rusiya Ermənistandan kənd təsərrüfatı idxalını Azərbaycanla əvəzləmək niyyətindədir"- Putinin xüsusi nümayəndəsi
02:39
Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR