Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.
EDnews xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, monitorinq ümumilikdə 300 mindən çox şagirdi əhatə edəcək. 5-6 iyun tarixlərində keçiriləcək kompüter əsaslı monitorinqdə isə 13 552 şagirdin iştirakı nəzərdə tutulur.
Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.
.png)

.jpg)



.jpg)
