“Şahdəniz” qaz-kondensat yatağında illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir.
EDnews xəbər verir ki, bunu “BP-Azerbaijan” şirkəti açıqlayıb.
Məlumata görə, “Şahdəniz” Azərbaycanın ən mühüm enerji layihələrindən biri olmaqla, ölkənin qaz ixracı potensialında xüsusi yer tutur. Yataqdan hasil olunan qaz həm daxili tələbatın təmin edilməsində, həm də beynəlxalq enerji bazarlarına tədarükdə mühüm rol oynayır.


.jpg)


.jpeg)

