Leyla Əliyeva və Arzu Əliyeva Uşaqlar Günündə internat məktəbində olublar.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli internat məktəbində bayram tədbiri keçirilib.
EDnews xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Onlar internat məktəbində təhsil alan uşaqlarla görüşüb, onların bayram sevincinə şərik olublar. Tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli proqramlar təşkil edilib, bayram ab-havası yaradılıb.







