Azərbaycandan Ermənistana növbəti yanacaq partiyası göndərildi
EDnews “Report”a istinadən xəbər verir ki, bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından 42 vaqondan ibarət 2 475 ton dizel yanacağı yola salınıb.
Qatar Böyük Kəsik stansiyası istiqamətində hərəkət edib. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Məlumata görə, indiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 və 2 955 ton Aİ-95 markalı benzin ixrac olunub.
Qeyd edək ki, Ermənistana yanacaq ixracına 2025-ci il dekabrın 18-də başlanılıb. Həmin gün bu ölkəyə 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.







