Tayvanın şərqində Taydun şəhərində "Brave Eagle" təlim təyyarəsi qəzaya uğrayıb.
"EDnyus" xəbər verir ki, "Focus Taiwan" bununla bağlı görüntülər yayıb.
Bildirilir ki, qəza vaxtı göyərtədə ancaq pilot olub.
"Uçuşdan sonra təyyarənin mühərrikində nasazlıq yaranıb. Lin soyadlı pilot təyyardən paraşütlə tullanıb", - deyə məlumatda vurğulanıb.
Sahil-mühafizə gəmiləri və yerli balıqçı şxunları axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub. Pilot sağ tapılıb, xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır.