İsrailin hücumları və İranla yaşanan qarşılıqlı gərginlik mülki aviasiyaya da təsir edib.
EDnews xəbər verir ki, İran təhlükəsizlik səbəbindən başda Tehran olmaqla bir çox hava limanında bütün uçuşları dayandırıb.
Məlumata görə, uçuşların dayandırılması qərarı ikinci bir bildirişədək qüvvədə olacaq.
İran tərəfi bu addımı ölkə hava məkanında təhlükəsizlik risklərinin artması ilə əlaqələndirib.







