Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
EDnews xəbər verir ki, görüş üç ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilir.
Toplantıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili iştirak edir.







