Banqladeşin Koks Bazar şəhərindəki 5 nömrəli düşərgədə baş verən yanğında 7 minə yaxın Rohinca müsəlmanı evsiz qalıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, qısa müddətdə böyüyən yanğında təxminən 800 ev kül olarkən, təxminən 7 min Rohinca müsəlmanı evsiz qalıb.
Qeyd edək ki, yanğın zamanı insan itkisi olmayıb. Verilən açıqlamada, məscid və sağlamlıq mərkəzləri də daxil olmaqla, təxminən 120 binanın yanğında zərər gördüyü ifadə edilib.
Oğuz