Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin məhkəməsi PKK terror təşkilatının “lideri” Abdullah Abdullah Öcalanın fotoşəkillərinin toplantı və nümayişlərdə istifadəsinə qadağa qoyulması ilə bağlı qərar verib.
Ednews TRT HABER-ə istinadən xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya (KRV) Ali İnzibati Məhkəməsi PKK-nın Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısında olması və ölkədə fəaliyyəti qadağan olduğu üçün Düsseldorf Əyalət Məhkəməsinin 2017-ci ilin noyabrında çıxardığı qadağa qərarına etirazı rədd edib.
Belə ki, Ali Məhkəmə Düsseldorf Əyalət Məhkəməsinin PKK terror təşkilatının “lideri” Abdullah Öcalanın fotoşəkillərinin toplantı və nümayişlərdə istifadəsinə qadağa qoymasını təsdiqləyib.
Oğuz