Banqladeş böyük qarışıqlıq içindədir.
170 milyon əhalisi olan bu Cənubi Asiya ölkəsində küçə etirazları ilk dəfə deyil.
Ednews bbc.com-a istinadən xəbər verir ki, ötən həftə ərzində davam edən nümayişlər bu günə qədər ən şiddətli etiraz aksiyaları kimi yaddaşlara həkk olundu.
Minlərlə universitet tələbəsi həftələrdir ki, hökumət işləri üçün kvota sisteminə qarşı çıxır.
Müvafiq olaraq, ölkədə dövlət sektorunda iş yerlərinin üçdə biri ölkənin 1971-ci ildə Pakistandan müstəqillik uğrunda gedən müharibənin “veteranlarının” qohumları üçün ayrılıb.
Tələbələr sistemin ayrı-seçkilik olduğunu iddia edir və işçilərin ləyaqətinə görə işə götürülməsini tələb edirlər.
Xəyal