Banqladeş Baş naziri istefa verib.
Ednews xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən Banqladeş baş naziri Şeyx Hasina öz vəzifəsindən istefa verib və ölkəni tərk edib. Şeyx Hasina və onun bacısı Hindistana hərbi vertolyot aparıblar
Xatırladaq ki, Banqladeşin paytaxtı Dəkkədə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.
Loğman