Aprelin 12-si dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.
Bu günün tarixi əhəmiyyəti təkcə bir insanın Yer orbitinə çıxması ilə bağlı deyil, bütövlükdə insanlığın kosmosa ilk dəfə ayaq açdığı gündür.
Məhz 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib.
SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün – 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.
Fatimə Mərdanlı // EDnews