ABŞ kəşfiyyat xidmətləri hesab edirlər ki, İran istədiyi vaxt Hörmüz boğazını bağlamaq imkanına malikdir və bu, Tehrana qlobal iqtisadiyyata təsir göstərmək üçün mühüm rıçaq verir.
EDnews xəbər verir ki, bu barədə telekanal mənbələrə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, boğazın açıq saxlanılması ilə bağlı iyunun 19-da imzalanması planlaşdırılan saziş hazırlansa da, İran son münaqişə zamanı strateji dəniz marşrutuna çıxışı bloklamaq qabiliyyətini nümayiş etdirib.
ABŞ kəşfiyyatı hesab edir ki, Tehran gələcəkdə də bu imkanlardan istifadə edə bilər.
"Kəşfiyyat məlumatları ilə tanış olan mənbələrdən biri CNN-ə bildirib ki, biz faktiki olaraq boğaza nəzarəti İrana vermişik. Bu, istənilən nüvə silahından daha güclü təzyiq vasitəsidir. Müharibə Tehranın belə təsir rıçaqlarından istifadəyə yanaşmasını kökündən dəyişib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji tədarükü üçün ən mühüm dəniz marşrutlarından biri hesab olunur. ABŞ və İran arasında boğazın açıq saxlanılması ilə bağlı memorandumun iyunun 19-da imzalanacağı gözlənilir.






