“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
EDnews xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Püşkatmanın nəticəsinə əsasən, Masazır klubu Uels təmsilçisi "TNS"-lə qarşılaşacaq.
Qeyd edək ki, püşkatmadan əvvəl “Sabah”ın mümkün rəqibləri sırasında “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Vikinqur” (İslandiya), “Larne” (Şimali İrlandiya), KuPS (Finlandiya), “Kayrat” (Qazaxıstan), “Petrokub” (Moldova), “Flora” (Estoniya), “Linkoln” (Cəbəllütariq), “Universitatya” (Rumıniya), “Klaksvik” (Farer adaları), “Drita” (Kosovo), “Borats” (Bosniya və Herseqovina) və “Riqa” (Latviya) yer alırdı.
I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.



.jpg)
.jpg)
.jpg)

