“Azərbaycanla sülh faktı 2025-ci ildə qeydə alındı, 2026-cı ildə isə legitimlik qazandı”.
EDnews xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 16-da Milli Assambleyanın iclasında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın təsdiqi məsələsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu proses Ermənistan xalqının parlament seçkilərində etdiyi seçim və səsvermə nəticəsində baş verib.
Paşinyan qeyd edib ki, məhz 2025-ci ildə Ermənistanın yeni keyfiyyətli dövlət quruculuğu gündəliyinə keçməsinə imkan verən əsaslar formalaşdırılıb.
Baş nazir vurğulayıb ki, 2025-ci ildə Ermənistan və Azərbaycan sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması layihəsi üzrə danışıqların başa çatdığını elan edib, həmçinin sənədin mətni razılaşdırılıb.
“Bu hadisə 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və təşəbbüsü ilə sülhün təsis olunmasını mümkün etdi”, - deyə Paşinyan bildirib.







