ABŞ Prezidenti Donald Tramp İsraili Livanda “Hizbullah” hərəkatına qarşı əməliyyatın uzun çəkməsinə görə tənqid edib.
EDnews xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.
ABŞ Prezidenti bildirib ki, İsrail Livan və “Hizbullah”la bağlı daha sürətli hərəkət etməli idi.
“İsrailin Livan və ‘Hizbullah’la bağlı necə davrandığından narazıyam. Onlar bu məsələni daha tez həll etməli idilər. Bütün bunlar sonsuz davam edir”, - deyə Tramp qeyd edib.
O, İsrailin bölgədəki addımları ilə bağlı daha məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.







