Azərbaycan və Hindistan mədəni əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
Bu barədə "EDnews " Azərbaycanın Nyu-Delhidəki səfiri Elçin Hüseynlinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.
"Hindistan Mədəni Əlaqələr Şurasının (ICCR) baş direktoru Nandini Sinqlə məhsuldar görüşə görə təşəkkürümü bildirirəm. Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin inkişafı barədə fikir mübadiləsindən böyük məmnunluq duydum", - diplomat yazıb.
Fatimə Mərdanlı//EDnews