Çimərliyə getmək üçün çantada nələr olmalıdır? Siyahı

Çimərliyə getmək üçün çantada nələr olmalıdır? <span class="text-danger">Siyahı</span>

Qızmar  yay günlərində insanların sərinləmək üçün üz tutduğu yerlərdən biri də dənizdir. Yay mövsümünün xilaskarı olan dənizə gedərkən mütləq nəsə unudulur və ya hansısa əşya yaddan çıxır. Qanınızın qaralmaması üçün dənizə getməzdən əvvəl mütləq hazırlıq görülməlidir.

"Eurasia Diary"nin  sizə təqdim etdiyi siyahıda dənizdə sakit istirahət etmək üçün mümkün olan əşyaların adı var.

Dənizə gedərkən yanınızda mütləq götürməli olduğunuz ləvazimatlar

Çimərlik paltarı. Hər yaşa və hər kəsin zövqünə uyğun, özünüzü rahat hiss edə biləcəyiniz dəniz paltarlarını çantanızdan əskik etməyin. Günəş kremi, gen şort, tərlik, getdiyiniz yer çınqıllısa dəniz ayaqqabısı, palet (ayaqaltlığı), hovuz üçün dəst (papaq və gözlük), dəsmal, nəmləndirici krem və dəniz yatağı.

İndi isə ləvazimatlara aydınlıq gətirək:

Dəriyə qulluq vasitələri

Dərini günəşin zərərli şüalarından qorumaq, erkən yaşlanma əlamətlərinin və günəş ləkələrinin qarşısını almaq üçün çimərliyə gedərkən mütləq üz və bədən üçün qoruyucu faktorlu günəş kremi almaq lazımdır. İstifadə edəcəyiniz krem ən azı 15 SPF, uşaqlar üçün 30 SPF olmalıdır. Bundan əlavə, mütəxəssislər günəşin ultrabənövşəyi şüalarının yer səthinə daha çox yayıldığı  10.00 - 16.00 arası günəşə çıxmamağı məsləhət görürlər. Dodaqların çatlamaması və qurumaması üçün isə ən azı 15 SPF və ya daha yüksək qoruma faktorlu dodaq boyasından  istifadə etmək məsləhət görülür.

Günün sonunda isə dərinin aşınmaması və qabıq qoymaması üçün tərkibində Aloe-Vera olan losyonlardan çəkmək lazımdır.

Orqanizmi günəşin zərərli təsirindən qorumaq üçün günəş çətirlərindən də istifadə etmək mümkündür. 

Gözləri günəşdən qorumaq üçün günəş gözlüyü, üzü qorumaq üçünsə geniş kənarlı şlyapa almağı da unutmamaq lazımdır.

 

Bundan başqa hər ehtimala qarşı yanınıza mütləq sarğı bezi, antibiotik krem və digər lazımlı ləvazimatlardan ibarət olan tibb çantasının da olması faydalı ola bilər.  

Çimərlik üçün asan daşınan və qatlanan oturacaq getdiyiniz yerdə istirahətinizin daha yaxşı və sakit keçməsi üçün vacib ləvazimatlardan biridir.  Beləliklə getdiyiniz yerdə sıxlıq olarsa, asanlıqla sakit bir yerdə istirahətinizi davam etdirə bilərsiniz.  Oturacaqda qaralmaq, günəşlənmək istəməyənlər özlərilə həsir də götürə bilərlər.

Uşaqlarla birgə dənizə gedənlər

Uşaqlar üçün qum oyuncaqları dəsti, qum ləvazimatları sizin rahat istirahət etməyiniz üçün mütləq şərtdir. Beləcə həm uşaqlar, həm də böyüklər dənizdən həzz ala biləcəklər. Həm də uşaqlar yanınızdan ayrılmayacaq. 

Uşaqlar üçün də qoruyucu papaqlardan, şlyapalardan, gözlüklərdən, dəniz  üçün jiletlərdən istifadə etmək lazımdır. Xovlu dəsmallara gəldikdə  isə 2-3 dəst  götürmək lazımdır. Çünki dəcəl uşaqların hər an üst-başlarını islatma təhlükəsi daha çoxdur.

Bütün günü açıq havada dəniz kənarında əyləncəli vaxt keçirən uşaqların sağlamlığını da düşünmək lazımdır. İçməli su, uşaqlar üçün təhlükəsiz qidaları da götürməyi  unutmamaq lazımdır.

Dəniz qırağında axşamlar havalar bir az sərin olur. Bunun üçün ailənin bütün üzvlərinə uyğun dəyişəcək paltarları da yanlarında götürməyi unutmamalıdırlar.

Dənizdə keçirdiyi hər anı əbədiləşdirmək istəyənlər isə fotoaparatı da çantalarından əskik etməməlidirlər.

Vüsalə Əlövsətqızı

Xəbər xətti

Ronaldo azarkeşlərə səsləndi
04:10
Nazirdən böyük anons: Yeni subsidiyalar və güzəştli kreditlər gəlir
03:41
Rusiyalı alimlər hepatit B-nin müalicəsi üçün preparat hazırlayırlar
03:26
“Bizi Trampın qarşısında utandırdınız” - Netanyahu qəzəbləndi
03:02
DÇ-yə görə ölkədə iş saatını dəyişdilər
01:31
Senat Trampın İrana qarşı müharibə səlahiyyətləri ilə bağlı qətnaməni bloklayıb
01:24
BU TƏLƏBƏ ölkə birincisi OLDU
01:14
Mbappe Seneqalı qol vurduğuna PEŞMAN ETDİ- SON DƏQİQƏ
01:04
DRONLARA GÖRƏ 16 MİLYARD AVROYA DƏYƏRMİ?
00:58
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR! "XOCƏSƏN GÖLÜ" DAŞDI, EVLƏRİ SU APARDI...
00:49
İsrail telekanalı məxfi sənədi dərc etdi: ABŞ-İran razılaşmasının əsas bəndləri açıqlandı
00:43
DÇ-2026: Fransa - Seneqal oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
00:36
İliya Topuriya ilə bağlı PİS XƏBƏR : HƏR İKİ GÖZÜ...
00:31
"Ukraynadakı münaqişənin HƏLLİ ÜÇÜN 2 YOL VAR" -MERZ
00:22
ABŞ kəşfiyyatından ŞOK AÇIQLAMA : “Tehran istənilən an …”
00:08
17.06.2026
ABŞ-İran arasında memorandum çərçivəsində YENİLİK - "300 milyard dollar investisiya..."
23:49
Məşhur hüquqşünasın ailəsində faciə baş verib
23:19
Ukrayna ordusuna aid hərbi təyyarə qəzaya uğrayıb - Ekipaj üzvləri həlak olub -YENİLƏNİB
22:39
Rusiya Britaniya yaxtasına atəş açıb
22:21
Əraqçi omanlı həmkarına zəng edib: NƏ BAŞ VERİR?
22:11
G7 Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa razılaşdı
21:53
Bu ərazilərdə qaz kəsiləcək
21:19
“Qarabağ” onunla razılıq əldə edib
20:29
İki maşın aşıb, xəsarət alanlar var
20:17
Köçəryana cinayət təqibi başlanılır
19:45
"Qarabağ" ın UEFA Avropa Liqasının təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
19:23
Arayik Harutyunyanla bağlı TƏCİLİ XƏBƏR
18:33
BAMF-ın Himayəçilik Şurasının növbəti iclası keçirildi - FOTOLAR
18:19
“Sabah”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu
18:17
Milli Məclis komissiyasından Fransa ilə bağlı sərt bəyanat: “Hibrid təhdidlər davam edir”
18:02
TƏCİLİ! Gömrükdə keçirilən əməliyyatın DETALLARI
17:38
Ukrayna XİN rəhbəri Marko Rubio ilə görüşüb
17:27
Çingiz Abdullayev Mircəfər Bağırovla bağlı FAKTI AÇDI: “Bundan sonra güllələndi"
17:17
“Azərbaycanın alman irsi yalnız TARİXİ YADDAŞ DEYİL” - Çingiz Abdullayev
17:15
Paşinyan Azərbaycanla sülh prosesindən danışdı
17:09
Tramp İsraili Livandakı əməliyyata görə TƏNQİD ETDİ
16:59
Zelenski G7-də Trampdan nə istədi?
16:53
Bir gündə 336 milyard dollar qazandılar
16:46
Bu ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
16:42
Tramp Zelenski ilə yenidən görüşəcək: G7-dən Rusiyaya təzyiq mesajı
16:37
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
16:30
"Halal iqtisadiyyatın inkişafına hazırıq" - ANAR KƏRİMOV
16:20
ŞOK! Ağ Evə partlayıcı dronla hücum planı: beş nəfər saxlanıldı
16:16
“Samur” sərhəd komendantlığı yenilənmiş formada istifadəyə verildi
16:12
İlham Əliyevlə Niderlandın Baş naziri danışıblar - NƏLƏR MÜZAKİRƏ OLUNUB?
15:58
“Ermənilər Nizami Gəncəvinin yubileyini qeyd ediblər” - Çingiz Abdullayev
15:54
Tanınmış ifaçı vəfat etdi
15:43
DÇ-2026-da bu gün: Fransa, Argentina və Avstriya meydana çıxır
15:34
“Qarabağ”da növbəti GÖZLƏNİLMƏZ ayrılıq
15:21
Azərbaycanda gənclər üçün yeni İT imkanı: EPAM mərkəzi açıldı
15:10
"Dünyanı başlarına yıxacağıq" - Tramp
14:56
Zəlzələ baş verdi - TƏCİLİ
14:54
“Ukrayna Belarusa cavab zərbəsi endirəcək”: SENSASİON AÇIQLAMA
14:50
Fermerlər üçün güzəşt: bu avadanlıqlar ƏDV-dən azad edilir
14:42
İqtisadiyyat naziri Lord Stokvud ilə görüşdü
14:28
Avropa Birliyi İran və enerji asılılığı ilə bağlı mövqeyini açıqladı
14:18
Tramp: "ABŞ–İran razılaşmasının ikinci mərhələsi asan olacaq"
14:01
"QHT səviyyəsində digər təşkilatlarla əməkdaşlıq imkanları yarana bilər" - Məryəm Məcidova
13:58
Vüqar Bayramov: "Bu, Azərbaycanla İİB arasında münasiblərin dərinləşdiyini göstərir"
13:51
Rusiyanın Paşinyanla bağlı PLANI NƏDİR? - Şevçenko AÇIQLADI
13:45
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR