İmişli şəhəri, Nəcməddin Savalanov küçəsində yerləşən ticarət obyektində baş vermiş yanğın söndürülüb.
Bu barədə EDnews-a Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın Xidmətin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
İlkin məlumata görə, bir dam altında yerləşən və ümumi sahəsi 250 kvadratmetr olan 8 obyekt yanğından zərər görüb.
İmişli Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yanğınla əlaqədar xəstəxanaya müraciət daxil olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
13:39
İmişli şəhərində ticarət obyektləri sırasına daxil olan mağazalardan birində yanğın baş verib.
EDnews Sfera.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində vətəndaşlara məxsus ticarət obyektlərinin yerləşdiyi məkanda qeydə alınıb.
Alov ilkin olaraq bir obyektdə başlayıb və daha sonra yaxınlıqdakı bir neçə ticarət obyektinə keçib.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri əraziyə cəlb olunub.






