Bu rənglər insan psixologiyasına təsir edir ARAŞDIRMA

Maraqlı 10:00 28.11.2022

Rənglər insan psixologiyasına yaxından təsir edən amillərdir. Tarix boyu şərqdən qərbə hər sahədə rənglərin və insan psixologiyasının əhəmiyyəti vurğulanıb. Bu gün rənglərin insanın davranışına, oriyentasiyasına və psixologiyasına əhəmiyyətli dərəcədə təsir etdiyi şübhəsizdir. Kanadada aparılan bir araşdırmada şagirdlərin uğur qrafiklərinin sadə rəng dəyişiklikləri ilə artırıla biləcəyi göstərilib. Eyni araşdırmada, davranış pozğunluğu olan bəzi şagirdlərin sinif otaqlarının müxtəlif rənglərə boyandıqda yaxşılaşdığı müəyyən edilib.

Ednews müxtəlif rənglərin insan psixologiyasına hansı təsiri olması ilə bağlı araşdırmanı təqdim edir:

Mavi

Bu rəng yalnızlığın, kədərin, depressiyanın, müdrikliyin, etibarın və sədaqətin simvolu hesab olunur. Nevroloji klinikalarda mavi rəngdən, xüsusilə tünd mavi rəngdən qaçınmaq lazımdır. İş müsahibələrində mavi geyinmək qətiyyət və bağlılıq deməkdir. Əgər iş müsahibələrinə gedən insanlar kostyumlarında mavi rəngə üstünlük verirlərsə, işə qəbul oluna bilərlər. Ondan maliyyə institutları, sosial şəbəkələr, korporativ sənayelər və gözəllik salonları istifadə edə bilər. Mavi rəngin mənfi cəhətləri onun soyuq rəng olması, insanlarda qorxu hissi doğurması və şəxsiyyətlə bağlı olmasıdır.

Qırmızı

Rəng spektrinin ən əsas iki rəngindən biri olan qırmızı, asanlıqla tanındığı üçün ən maraqlı rəng olaraq bilinir. Bu rəng sevgi, ehtiras, qəzəb kimi güclü və sıx duyğularla əlaqələndirilir. Bu heyrətamiz rəngi üzərimizdə daşımaq bizi hərəkətə keçməyə sövq edə bilər. Qırmızı üstünlük təşkil edən rəngdir. O, fon kimi deyil, vurğu üçün istifadə edilməlidir. Qırmızı rəng insanlara vaxtı unutdurur. Buna görə də klublarda və kazinolarda qırmızı rəngə üstünlük verilir. Qırmızı rəngə üstünlük verənlərin şəxsiyyət analizlərində bu insanların gücə düşkün olduqları nəzərə çarpır.

Sarı

Parlaq limon sarısı gözləri ən çox yoran rəng olmaqla yanaşı, maddələr mübadiləsini sürətləndirir. Otağı açıq sarı rəngə boyasanız, körpələr ağlayacaq, böyüklər isə əsəbiləşəcək. Sarı az miqdarda istifadə edildikdə parlaqlıq və istilik hissi verir. Oynaqlığı, parlaqlığı, səmimiliyi və həyata rahat münasibəti xarakterizə edir. Sarı beynin sol hissəsi, yəni məntiqi tərəfi ilə asanlıqla rezonans yarada bildiyi üçün ağılın və zəkanın rəngi kimi tanınır. Yaradıcılığı tətikləyən və yeni ideyalara ilham verən sarı rəngin bu xüsusiyyəti, onun post-it, notepad və ya işıqlandırıcı kimi tanınan və ən çox seçilən rəng olmasının ən mühüm səbəbidir. Spektrin ağdan sonra ən açıq kölgəsi olan sarı, təravətləndirici, parlaq, ümidverici və xoşbəxt hisslərlə əlaqəli olduğu üçün insanların aurasını yaxşılaşdıran, əyləncə və sevinc bəxş edən rəng kimi bilinir. Bütün bu müsbət emosiyalara əlavə olaraq, çox canlı və sıx sarı rəngə məruz qalma insanlarda narahatlıq, əsəbilik, emosional həssaslıq və həddindən artıq stimullaşdırmaya səbəb ola bilər.

Yaşıl

Yaşıl həyat, gənclik, yenilənmə, ümid və canlılığı təmsil edir. Yaşıl gözlər üçün ən rahat rəngdir və görmə qabiliyyətini yaxşılaşdırır. Bununla yanaşı, sözügedən rəng sakitləşdiricidir və sinir sisteminə təbii təsir göstərir. Təbiətin və təbiiliyin rəngi olaraq da bilinən yaşıl insan psixologiyası üçün tarazlığı və inkişafı simvollaşdırır. Dinc və təhlükəsiz bir duyğuya sahib olan yaşıl, harmoniya, şəfa, özünə inam və sabitliklə əlaqələndirilir. Yaşılın tünd çalarları pul, sərvət və prestijlə əlaqələndirilir, açıq tonlar isə yenidən doğuş, böyümə və təravət kimi mənalara malikdir. Bundan əlavə, çox yaşıl rəngə məruz qalmanın qısqanclıq, tamah, paxıllıq və eqoizm kimi duyğuları ortaya çıxara biləcəyi də düşünülür.

Bənövşəyi

Bu zadəganlığın rəngidir. Lüks, zənginlik və zərifliyi təmsil etməklə yanaşı, romantikanın, həssaslığın və ehtirasın rəngidir. Yüksək idealları ilhamlandıran təxəyyül və mənəviyyat rəngi kimi tanınır. Bənövşəyi yaradıcılıq və fərdiliyi simvolizə etsə də, həm də introversiyanı təmsil edən, zehnimizdəki dərin düşüncələrlə əlaqə saxlamağa imkan verən rəng kimi tanınır.

Saflığı, təmizliyi və təqsirsizliyi simvolizə edən ağ ümumi sərinlik və yüksəliş hissi verir. Minimalizm və sadəliyi simvolizə edən bu rəngdən istifadə estetik, sadə, geniş və parlaq görüntü yaratmağa kömək edir. Sakitləşdirici, dinc və təmiz bir duyğuya sahib olan ağ heç bir stimullaşdırıcı təsiri olmadığı üçün geri çəkilmə və mənəvi fəaliyyətlərdə də geniş istifadə olunur.

Qara

Bu rəng bir tərəfdən qaranlıq qüvvələr, cinayət və şər ilə simvolizə olunsa da, digər tərəfdən sədaqət, əzm, dözümlülük, tədbirlilik, müdriklik və etibarlılıq ilə əlaqələndirilir. Qara rəng, geyim, bəzək, aksesuar, avtomobil kimi əşyalarda gündəlik istifadəsində güc, lüks, zəriflik, iş həyatında isə peşəkarlıq, qərəzsizlik, cəsarət və sadəliyi xatırladır. Bəzi kontekstlərdə və mədəniyyətlərdə qara rəng matəm və ya kədər mənasını da verə bilər.

Narıncı

Narıncı fiziki enerjini və qırmızının yüksək stimullaşdırıcı təsirini sarının sevinci ilə birləşdirir, isti və xoşbəxt aura verir. Narıncı daha mehriban münasibətə malikdir. Dostluğu, uğuru və etibarı təmsil edir. İnsanlara təzyiq etmədən, şişirtmədən gözəl bir enerji yaymaq üçün istifadə olunur. Kitab oxuyarkən nümunələrin altından sarı xətt çəkmək yaddaqalanlığı artırır. Evdə daha açıq narıncı rənglərdən istifadə daha sakit, dinc və mehriban bir ev mühitinə nail olmağa kömək edir.

Çəhrayı

Romantik və zərif olmaqla yanaşı, sakitləşdirici təsirə də malikdir. Çəhrayı sağlamlıq, xoşbəxtlik, şirinlik və şəfqət nümayəndəsidir. Çəhrayı rəngin mənfi cəhəti onun yetişməmişliyi və zəifliyi təmsil etməsidir.

Qəhvəyi

Torpağın və ağacın rəmzi olan bu rəng  möhkəmlik və etibarlılığı simvoliz edir. Qəhvəyi təbii, rahat və açıq atmosfer yaradır. O, sabitlik, güc, yetkinlik və etibarlılıq mesajlarını ötürür.

Nəzrin Beydiyeva 

Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
President Ilham Aliyev: ‘Azerbaijan is determined to continue active interaction with Kyrgyzstan in all areas’
14:38 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
Danimarka bütün F-16 donanmasını Ukraynaya bağışlayacaq!
10:30 24.04.2024
Bakıda məşhur şadlıq sarayları CƏRİMƏLƏNDİ - SƏBƏB
10:27 24.04.2024
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
İtaliyadan sonra Fransa da hərəkətə keçdi: Bu qəsəbədə evlər cəmi 1 avrodur
10:15 24.04.2024
Hamısı