Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi həyata keçirilib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Ukrayna əsirliyindən 185 rusiyalı hərbçi geri qaytarılıb.
Rusiya tərəfi də eyni sayda ukraynalı hərbçini Ukraynaya təhvil verib.
Bildirilib ki, əsir mübadiləsində Birləşmiş Ərəb Əmirlikləri vasitəçi kimi çıxış edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, əsirlikdən qayıdan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər.







