Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
EDnews xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar federasiyaya maliyyə dəstəyi göstəriləcək.
Bu məqsədlə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.



.jpg)


.jpg)
.png)