Albaniyada Adriatik dənizi sahilində İvanka Tramp və Cared Kuşnerlə əlaqəli daşınmaz əmlak layihəsinə qarşı etirazlar yenidən güclənib.
EDnews xəbər verir ki, Albaniyada etirazçılar Adriatik dənizi sahilində yerləşən Zornik şəhəri yaxınlığında planlaşdırılan daşınmaz əmlak layihəsinin dayandırılmasını tələb ediblər.
Məlumata görə, layihə ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerlə əlaqələndirilir.
Etirazçılar layihənin bölgənin təbii mühitinə və yerli icmaların maraqlarına zərər vura biləcəyini bildirirlər.
Aksiya iştirakçıları Albaniya hökumətini layihənin icazə prosesində şəffaflığa əməl etməməkdə ittiham ediblər.
Onlar həmçinin ölkənin baş nazirini layihə ilə bağlı korrupsiyada günahlandıraraq onun istefasını tələb ediblər.
Etirazçılar layihənin dayandırılmasını və ərazidə aparılan bütün qərarların ictimaiyyətə açıq şəkildə izah olunmasını istəyirlər.







.png)