Yaponlar lazerləri yerdən kosmosa göndərən sistem üzərində işləyirlər və bu texnologiya ilə kosmik zibilləri lazerlə vurmaq mümkün olacaq.
Ednews shiftdelete.net-ə istinadən xəbər verir ki, Yaponlar yerdən kosmosa lazer buraxmağı planlaşdırır.
Avstraliyanın EOS Space və Yaponiyanın EX-Fusion şirkətləri kosmik zibilləri yerin orbitindən çıxarmaq üçün əməkdaşlıq edirlər. Osakada yerləşən EX-Fusion şirkəti yerdə qurulan lazer stansiyaları ilə planeti təhdid edən kosmik zibilləri vurmağa və məhv etməyə çalışır.
Yapon Ex-Fusion füzyon enerjisi ilə işləyən yer əsaslı lazer texnologiyasından istifadə edir. Ancaq proqnozların əksinə olaraq, bu texnologiya silahlarda istifadə edilən lazer texnologiyası deyil. Bu mənada şirkət diodla pompalanan bərk hal (DPSS) lazerlərindən istifadə edəcək. Lazerlər sürətlə hərəkət edən kosmik zibillərə güc tətbiq etmək və dayandırmaq üçün impulslanır.
Xəyal Ramiz