Bosniya və Herseqovinada orta məktəbdə baş verən atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ednews yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Sanski-Most şəhərində törədilib.
Məlumata görə, hadisəni törədən şəxs məktəbin əməkdaşlarından biridir. Onun həbsi ilə bağlı hələlik məlumat yoxdur.
Məktəbin direktoru və katibin ölənlər arasında olduğu bildirilib.