Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində Bülbülün ev-muzeyini ziyarət ediblər.
EDnews xəbər verir ki, dövlət başçılarına görkəmli Azərbaycan opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün həyat və yaradıcılığı, eləcə də ev-muzeyində nümayiş etdirilən eksponatlar barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Şuşa şəhərinin işğalı dövründə muzey vandalizmə məruz qalıb, eksponatların bir hissəsi dağıdılıb. Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra isə ev-muzeyində bərpa işləri aparılıb və muzey yenidən istifadəyə verilib.
Prezidentlər muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub, xatirə şəkli çəkdiriblər.







