Sabah Bakıda və bəzi rayonlarda yağış yağacağı gözlənilir.
EDnews xəbər verir ki, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır.
Sinoptiklərin məlumatına görə, paytaxtda havanın temperaturu gecə saatlarında 20-23, gündüz isə 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Axşam saatlarında yağıntıların bir qədər güclənəcəyi bildirilir.
Rayonlarda havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 10-15, gündüz 17-22, bəzi yerlərdə isə 25-28 dərəcə isti olacağı proqnozlaşdırılır.







