Vaşinqtonda, ABŞ Konqresinin binasında (Kapitol Hill) iyunun 24-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
EDnews "BTQ"yə istinadən xəbər verir ki, bu, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması ilə bağlı ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi üzrə ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq mütəxəssisləri və diaspor nümayəndələri iştirak edəcəklər.
İştirakçılar yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarına qayıdış hüququ, həmçinin mədəni və dini irsin qorunması və bu iddiaların beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Ermənistanda mAzərbaycanədəni irsinə aid abidələrin dağıdılması, mənimsənilməsi və bu halların BMT çərçivəsində monitorinq və hesabatlılıq mexanizmlərinə çıxarılması məsələləri gündəmə gətiriləcək.
Konfransda müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqları, o cümlədən BMT-nin dekolonizasiya siyahısı və beynəlxalq gündəmdə bu məsələlərin rolu da müzakirə ediləcək.








